Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb


Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd minik avtomobili ixrac edilib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalında dəyər baxımından 38,3%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalma qeydə alınıb.

Yanvar-mayda Gürcüstandan ümumilikdə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,57%-i Azərbaycana istiqamətlənib.

Oxşar xəbərlər

Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını 49 % azaldıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər