Pentaqon ölkə xaricində yeni poliqonlar yaratmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Pentaqon ölkə xaricində yeni poliqonlar yaratmağı planlaşdırır


ABŞ ordusu iki xüsusi təlim poliqonu yaratmağı planlaşdırır.

"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun katibi Daniel Driskoll jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni təlim meydançalarında elektron müharibə şəraitini, döyüş vəziyyətlərini və pilotsuz uçuş aparatlarının (PUA) geniş istifadəsini əhatə edən ssenariləri simulyasiya etmək planlaşdırılır. Orada hərbi qulluqçular, dron istehsalçıları və əks-tədbir sistemlərinin inkişaf etdiriciləri arasında birbaşa qarşılıqlı əlaqə də təşkil olunacaq.

Driskoll qeyd edib ki, bu cür mərkəzlər ABŞ ordusuna müasir müharibə reallıqlarını nəzərə alan təlimi keçməyə imkan verəcək. O, həmçinin ABŞ ordusunun ölkə xaricində daha "aqressiv təlim"in keçiriləcəyi oxşar bir təlim mərkəzi yaratmağı düşündüyünü söyləyib.

"CBS News"un qeyd etdiyi kimi, bu, ABŞ-da elektron müharibə sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun PUA-ları ilə Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək
Rumıniya Ukrayna ilə birgə dron istehsalına başlamağı planlaşdırır
Amerikanın böyük bankları stabilkoin yaratmağı planlaşdırır
Pentaqon İrana qoşun yeritmək üçün ssenari hazırlayır
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər