Rütte: Müharibə başlayacağı halda NATO müttəfiqləri, o cümlədən ABŞ bütün imkanlardan istifadə edəcək
NATO üzvü olan Avropa ölkələri alyansın qüvvələr modelinə ABŞ-nin töhfəsinin azalmasını artıq qismən kompensasiya edib və qalan boşluqların aradan qaldırılması istiqamətində işlər davam edir.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl Vaşinqton müttəfiqlərini NATO-nun qüvvələr modelinə – dövlətlərin alyansa təqdim etməyə hazır olmalı olduğu qüvvə və vasitələri müəyyənləşdirən hərbi planlaşdırma sisteminə öz töhfəsini azaltmaq niyyəti barədə məlumatlandırmışdı.
Rüttenin sözlərinə görə, ABŞ-nin iştirakının azalması Birləşmiş Ştatların eyni vaxtda bir neçə strateji istiqamətdə öhdəliklərini nəzərə almaq zərurətindən irəli gəlir.
O vurğulayıb ki, NATO-nun qüvvələr modeli ilk növbədə planlaşdırma alətidir və silahlı münaqişə baş verəcəyi təqdirdə müttəfiqlərin addımlarını avtomatik olaraq əks etdirmir.
"Müharibə başlayacağı halda bütün müttəfiqlər, o cümlədən Birləşmiş Ştatlar mövcud imkanlardan maksimum dərəcədə istifadə edəcəklər", - o bildirib.
Baş katib əlavə edib ki, ayrı-ayrı istiqamətlərdə müəyyən işlərin aparılması zəruri olsa da, alyans "yaxşı vəziyyətdədir".
Oxşar xəbərlər
Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır
NATO-nun Baş katibi Ukraynanın nə vaxt alyansa üzv olacağını bilmir
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
NATO ölkələri müdafiə nazirlərinin iclası iyunun 18-də Brüsseldə keçiriləcək
Mark Rütte: NATO müttəfiqlərinin müdafiə xərclərini artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
