Mark Rütte: NATO müttəfiqlərinin müdafiə xərclərini artırıb
sizinxeber.az xəbər saytı

Mark Rütte: NATO müttəfiqlərinin müdafiə xərclərini artırıb


Avropa ölkələri və Kanada 2025-ci ildə müdafiə xərclərini əvvəlki illə müqayisədə 90 milyard dollardan çox artırıb ki, bu da təxminən 20 %-lik artım deməkdir.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Alyansın müdafiə nazirlərinin iclası başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"İmkanlarımızı təmin etmək və hədəf göstəricilərə çatmaq üçün müdafiə xərclərinin 5 faizlik səviyyəsinə nail olmaq lazımdır", - o qeyd edib.

M.Rütte Ankara sammitindən əvvəlki sonuncu böyük görüş olan bugünkü iclasın vacibliyini vurğulayıb: "Sənayeyə gəldikdə isə, hər yerdə müqavilələr bağlanır, lakin zəruri həcmdə müdafiə məhsullarının istehsalını təmin etmək, eləcə də Ukraynanın gücünü qoruyub saxlamaq üçün biz həm ABŞ-də, həm də Avropada daha çox iş görməliyik. Söhbət NATO 3.0-dan – NATO çərçivəsində daha güclü Avropadan gedir", - o deyib.

Onun sözlərinə görə, əvvəlcə Nüvə Planlaşdırılması üzrə Qrup toplanacaq, sonra isə 32 formatında iclas keçiriləcək:

M.Rütte həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski günün ikinci yarısında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək: "Biz Ukraynanı güclü saxlamalıyıq".

Oxşar xəbərlər

Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır
Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib
NATO Baş katibi müharibəyə hazırlığa çağırıb
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
NATO ölkələri müdafiə nazirlərinin iclası iyunun 18-də Brüsseldə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər