Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
sizinxeber.az xəbər saytı

Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"


Ələt Azad İqtisadi Zonasında "Faza 3" üzrə ağır sənaye zonasında tikinti işlərinə başlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

"Biz 2023-cü ilin iyul ayında ilk 60 hektarlıq ərazidə tikinti işlərini tamamladıqdan sonra qapılarımızı potensial investorların üzünə açdıq. Lakin yüksək tələbat nəzərə alınaraq növbəti mərhələ üzrə - 138 hektarlıq ərazidə də tikinti işlərinə başlamaq məcburiyyətində qaldıq.

Eyni səbəbdən "Faza 3" adlanan, ağır sənaye üçün ayrılmış inkişaf sahəsində də tikinti işlərinə start verilib. Əvvəl də qeyd etdiyim kimi, Ələt Azad İqtisadi Zonasının ərazisində "Silk Way Airlines" şirkəti karqo hava limanı tikir. Ümid edirik ki, bu layihə yüksək texnologiyalar sənayesindən daha çox investoru cəlb edəcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib
Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonası regional logistika mərkəzinə çevrilir"
Ələtdə karqo hava limanının inşasının yekunlaşması vaxtı açıqlanıb
Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib
Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər