Quterreş Haiti üçün beynəlxalq yardımı səfərbər edə bilmədiklərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Quterreş Haiti üçün beynəlxalq yardımı səfərbər edə bilmədiklərini açıqlayıb


BMT Baş katibi Antonio Quterreş son illər təhlükəsizlik sahəsində ciddi böhran yaşayan Haitiyə yardım göstərmək üçün dünya ictimaiyyətini səfərbər edə bilmədiyini etiraf edib.

"Report" Haitinin "Gazette Haiti" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Port-o-Prensə səfəri zamanı mətbuat konfransında bildirib.

"Beynəlxalq ictimaiyyəti səfərbər edə bilmədiyimə görə üzr istəyirəm", - o deyib.

O həmçinin cinayətkar dəstələrin əməlləri nəticəsində həlak olanların ailələrindən üzr istəyib və qeyd edib ki, BMT-nin Haitiyə humanitar yardım üzrə 2026-cı il üçün 880 milyon dollar həcmindəki planı dörddə birindən də az maliyyələşdirilib.

BMT-nin məlumatına görə, ölkədə azı 1,5 milyon insan zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb, əhalinin təxminən yarısı isə kəskin ərzaq qıtlığından əziyyət çəkir.

Quterreş dünya ictimaiyyətinin Haitinin problemlərindən üz çevirməməli olduğunu vurğulayaraq bu vəziyyətdəki biganəliyi "ən böyük rüsvayçılıq" adlandırıb.

Oxşar xəbərlər

BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
Antonio Quterreş: İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir
BMT-nin Baş katibi Livanda sülhməramlılara hücumu pisləyib
Qvatemala və Salvadordan olan sülhməramlı kontingent Haitiyə gəlib
Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər