Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
sizinxeber.az xəbər saytı

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir


Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.

İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.

Oxşar xəbərlər

Azərbaycanın 2026-cı il üzrə "İdman səfirləri" müəyyənləşib
Abşeron Olimpiya İdman Kompleksində güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Universiadada 71 idmançı ilə təmsil olunacaq
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər