Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq
sizinxeber.az xəbər saytı

Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq


“İranla yekun nüvə sazişi əldə olunmasa, Vaşinqton İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər”.

APA xəbər verir ki, bunu “The New York Times” qəzetinə müsahibəsi zamanı ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, nüvə danışıqlarının yeni mərhələsinin bu həftə İsveçrədə başlaması gözlənilir.

Tramp həmçinin deyib ki, İranla əldə olunan hazırkı razılaşma gələcəkdə Hörmüz boğazının daimi və rüsumsuz açıq qalmasını təmin etməlidir.

Müsahibədə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu barədə də danışaraq bildirib ki, İranla sülh razılaşması ərəfəsində Livana endirilən son zərbələr yersiz olub və İsrail ABŞ-ın səylərinə görə minnətdar olmalıdır.

Oxşar xəbərlər

Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edəcəyini istisna etməyib
Tramp: İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Tramp İranla nüvə sazişi üzrə irəliləyiş əldə olunduğunu bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər