DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
sizinxeber.az xəbər saytı

DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib


DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, L qrupunda Qana millisi Panama ilə üz-üzə gəlib.

Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 03:00-da start verilib.

Qarşılaşma Kanadanın Toronto şəhərində keçirilib.

Oyuna Panama daha fəal başlasa da, amerikalıların ardıcıl hücumları nəticəsiz qalıb. İlk hissə qolsuz bitib: 0:0.

Fasilədən sonra daha bərabər səviyyəli oyun gedib. İkinci hissədə də ələ düşən imkanları boşa verən komandalar son dəqiqələrə 0:0 bərabərliklə giriblər.

Hər kəsin matçın bərabərliklə bitəcəyini düşündüyü anda meydana Kaleb Yirenkyi çıxıb. Oyunun 90+5-ci dəqiqəsində topu qapıdan keçirən qanalı futbolçu komandasına 3 xal qazandırıb: 1:0.

DÇ-2026
L qrupu
18 iyun

03:00. Qana – Panama 1:0

Qol: K. Yirenkyi, 90+5

Qana: Ati Zigi, Adjetey, Mensah, Opoku, Senaya, Yirenkyi, Semenyo, Owusu, Cordan Ayeu, Sulemana, Nuama.

Panama: Moskera, Blekmən, Kordoba, Ramos, Harvi, Andrade, Murilyo, Martinez, Rodriqes, Barsenas, Uoterman.

Oxşar xəbərlər

DÇ-2026: Qana - Panama oyunu başlayıb
DÇ-2026: Qana - Panama oyununda ilk hissə başa çatıb - YENİLƏNİR
DÇ-2026: Qana Panama ilə qarşılaşıb, "Turan Tovuz"un futbolçusu ehtiyatda qalıb - YENİLƏNİB-3
DÇ-2026: Qana - Panama oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər