Gideon Saar Kaya Kallasla bütün əlaqələrin kəsildiyini bəyan edib
sizinxeber.az xəbər saytı

Gideon Saar Kaya Kallasla bütün əlaqələrin kəsildiyini bəyan edib


İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələri kəsdiyini bildirib.

"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu yaxınlarda mənə məlum oldu ki, o [Kallas - red.], Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikada mövcud olmuş irqçi aparteid rejimi ilə müqayisə edib. Mən bu ciddi bəyanatı qınayan bir çox Avropa nümayəndələrinə minnətdaram. Lakin indiyə qədər onun tərəfindən nə bir təkzib, nə də bir izahat verilməyib. Buna görə də Kallasla bütün əlaqələri kəsməkdən başqa çıxış yolu görmürəm", - G.Saar deyib.

Onun sözlərinə görə, əlaqələrin kəsilməsi K.Kallas öz bəyanatını geri götürənə qədər davam edəcək.

Oxşar xəbərlər

Hakan Fidan Kaya Kallasla ABŞ ilə İran arasında atəşkəsi müzakirə edib
Hakan Fidan Kaya Kallasla Ukrayna və Suriyadakı son durumu müzakirə edib
Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar
İsrail və Fələstin xarici işlər nazirləri Aİ iclasında iştirak edəcək
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər