Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilib


Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasının 16 illiyinə həsr olunan anım mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu çərçivədə şəhid Milli Qəhrəmanın ailəsi və ev-muzeyi ziyarət olunub.

Anım tədbirində rayon rəsmiləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində 5 saat davam etmiş qeyri-bərabər döyüşdə təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə M.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.

Oxşar xəbərlər

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Biləsuvarda Mübariz İbrahimovun anım günü qeyd edilib
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər