Hesablama Palatası: Məqsədli fondlara dair qanuna dəyişikliklər büdcənin icrasında nəzərə alınmayıb
2025-ci ildə Azərbaycanda məqsədli büdcə fondları ilə bağlı mövcud qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinin icrası prosesində nəzərə alınmayıb.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, hesabat ilində "Büdcə sistemi haqqında" Qanuna əlavə olunmuş 18.4-1-ci maddəyə əsasən, məqsədli büdcə fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotunun həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılması müəyyən edilib. Təhlil göstərir ki, bu dəyişiklik dövlət büdcəsinin
icrasına dair illik hesabatda və qanun layihəsində öz əksini tapmamış, məqsədli büdcə fondları üzrə vəsaitlər əvvəlki illərdə olduğu kimi funksional təsnifatın "Əsas bölmələrə aid edilməyən xidmətlər" bölməsində əks etdirilib.
Əlavə olaraq, 2025-ci ilin dövlət büdcəsi haqqında Qanunda "iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr" "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə daxil edilib və bu istiqamət üzrə 0,3 milyon manat vəsait proqnozlaşdırılmışdır. Ancaq Vahid Büdcə Təsnifatında həmin istiqamət nəzərdə tutulmayıb, eləcə də 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bu mədaxil mənbəyi üzrə daxilolma qeyd edilməyib.
Oxşar xəbərlər
Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
Hesablama Palatası: Fiskal qanunvericilikdə dəyişikliklər zəruridir
Hesablama Palatası: Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb
Hesablama Palatası: DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var
Vüqar Gülməmmədov müdafiə olunan xərclərlə bağlı tövsiyyələr verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
