Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
sizinxeber.az xəbər saytı

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb


Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə "Sizinxeber.az"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.

Qeyd edilib ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.

"Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - YENİLƏNİB
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
AZAL-ın təyyarəsi Qətər hava məkanının bağlanması səbəbindən Bakıya geri qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər