Birol Küle: "TDT üzv ölkələrinin rəqabət qurumları birgə araşdırmalar aparmağı planlaşdırır" - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Birol Küle: "TDT üzv ölkələrinin rəqabət qurumları birgə araşdırmalar aparmağı planlaşdırır" - EKSKLÜZİV


Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan dövlətlərin rəqabət qurumları gələcəkdə birgə araşdırmalar həyata keçirə bilər.

Bunu "Sizinxeber.az"un Şuşaya ezam edilmiş əməkdaşına açıqlamasında Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle deyib.

O bildirib ki, rəqabət sahəsində nəzəri diskussiyalardan əməli əməkdaşlığa keçid zərurətə çevrilib:

"Rəqabətin üstünlükləri ilə əlaqədar çoxsaylı nəzəri tədqiqatlar aparılıb. Artıq nəzəri müzakirələri geridə qoyaraq praktik tətbiqlərə yönəlməliyik. Bu, rəqabət qurumlarının birgə fəaliyyət göstərərək ortaq layihələr reallaşdırması, ümumi problemlərə qarşı vahid həll yolları işləyib hazırlaması və müştərək sektor araşdırmaları aparması anlamına gəlir".

B.Küle qeyd edib ki, əməkdaşlığın sonrakı pilləsində TDT dövlətlərinin rəqabət orqanları birgə təhqiqat və araşdırmalar da reallaşdıra bilər:

"Qloballaşan dünyada rəqabət siyasəti sahəsində ortaya çıxan problemlər artıq müəyyən regionlarla hüdudlanmır və bir sıra ölkələr eyni tipli çağırışlarla qarşılaşır. Bu səbəbdən, TDT dövlətlərinin rəqabət qurumlarının birgə fəaliyyət göstərməsi həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyətli nəticələr ortaya qoya bilər".

Oxşar xəbərlər

Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"
Türkiyə rəqabət qurumlarını rəqəmsal platformalara qarşı birgə mübarizəyə çağırıb
Merey Mukajan: "TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır" - EKSKLÜZİV
Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib
TDT-nin rəqabət qurumları fintex və ödəniş sistemləri sahəsində birgə fəaliyyətə start verəcəklər - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər