Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz qayıdışına şərait yaratmalıdır.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların yaşadığı faciələrə Naxçıvan da şahidlik edib və bu baxımdan belə tədbirlərin məhz burada keçirilməsi xüsusi məna daşıyır.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı fundamental insan haqları və beynəlxalq hüquqa uyğundur.
QAİ sədri regionda yaranmış yeni reallıqların Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışının qaçılmaz olduğunu göstərdiyini vurğulayıb.
O əlavə edib ki, Ermənistan bu reallığı qəbul edərək Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz, ləyaqətli və dinc qayıdışına şərait yaratmalıdır.
Oxşar xəbərlər
Prezident: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir
Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb
İcma sədri: Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı gənclərdən asılıdır
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır
Sözçü: Qərbi azərbaycanlıların geri qayıdışına beynəlxalq dəstək onların qayıdış hüququndan irəli gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
