Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır


Azərbaycanda dəqiq vaxt məlumatlarının daha geniş auditoriyaya çatdırılması üçün teleqüllə üzərindən vaxt siqnallarının ötürülməsi imkanları nəzərdən keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) laboratoriya müdiri Şamxal Abbasov qurumda təşkil olunan təlim çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşların istifadə etdiyi mobil telefonlar internet vasitəsilə beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq öz saatlarını avtomatik tənzimləyir: "Lakin gələcəkdə dəqiq vaxt siqnallarının teleqüllə üzərindən yayımlanması da nəzərdə tutulur. Bu texnologiya tətbiq ediləcəyi təqdirdə televiziya və radio avadanlıqları, elektron saatlar, eləcə də digər qurğular dəqiq vaxt məlumatlarını birbaşa qəbul edə biləcək".

Ş. Abbasov bildirib ki, vaxt etalonlarının inkişafı və ötürülməsi sistemlərinin təkmilləşdirilməsi ölkədə ölçmə infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə yeni texniki imkanların yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə işlər davam etdirilir".

Oxşar xəbərlər

AzMİ: Elektron cihazlarda vaxt fərqləri istifadəçilərdə çaşqınlıq yaradır
Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
NATO-nun Baş katibi Ukraynanın nə vaxt alyansa üzv olacağını bilmir
Xamis Seyranov: "Keyfiyyət infrastrukturu vahid siyasətlə idarə olunacaq"
Kreml Rusiya-ABŞ sammitinin vaxtının dəqiqləşdirilmədiyini bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər