NATO-nun Avropadakı əməliyyat imkanları ABŞ-nin qərarı ilə məhdudlaşa bilər
sizinxeber.az xəbər saytı

NATO-nun Avropadakı əməliyyat imkanları ABŞ-nin qərarı ilə məhdudlaşa bilər


ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün təqədim edilən təyyarə və gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yüzsək vəzifəli iki avropalı məmura istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu addım alyansın kəşfiyyat aparmaq və uzaq məsafələrə zərbələr endirmək imkanını məhdudlaşdıra bilər.

Plana əsasən, ABŞ Avropada NATO-nun ehtiyacları üçün ayrılan "F-16"və "F-15E" qırıcılarının sayını təxminən 150 ədəddən 100 ədədə endirmək istəyir. Bundan əlavə, dəniz kəşfiyyat təyyarələrinin sayının azaldılması və s. nəzərdə tutulur.

Bundan əlavə, Vaşinqton raket silahlarına malik atom sualtı qayığının, təyyarədaşıyan gəminin və onlarla təyyarənin və s. yerini dəyişmək imkanını nəzərdən keçirir.

Prezident Donald Trampın administrasiyası Avropa ölkələrini müdafiə xərclərinin qeyri-kafi olmasına və ABŞ-nin təhlükəsizlik zəmanətlərindən həddindən artıq asılılığına görə dəfələrlə tənqid edib. Vaşinqton həm avropalı, həm də asiyalı müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 3,5 %-nə qədər artırmağa çağırır.

Oxşar xəbərlər

Avropa Komissiyası Aİ-də qaz qiymətlərini müvəqqəti məhdudlaşdıra bilər
NYT: Avropa Kiyevin NATO-ya üzv olmaq imkanını saxlamaqda israrlıdır
Avropa ABŞ-ni Rumıniyada döyüş təyyarələri yerləşdirməyə çağırıb
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək
KİV: ABŞ Avropadakı qoşunlarını ciddi azalda bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər