Əkrəm Gürel: Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazırıq
sizinxeber.az xəbər saytı

Əkrəm Gürel: Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazırıq


İğdır Universitetinin rektoru Əkrəm Gürel Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalında çıxışı zamanı Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazır olduqlarını bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, o, Qərbi Azərbaycan torpaqlarına – yəni öz doğma yurdlarına həsrət qalan soydaşlarının sülh yolu ilə və hüquqi əsaslarla geri dönüş mübarizəsinin bütün Türk dünyasının ortaq və haqlı davası olduğunu söyləyib.

Rektor deyib ki, tədbir sosiologiyadan tarixə, hüquqdan beynəlxalq münasibətlərə qədər geniş bir sahədə qayıdış ideyasının akademik əsaslarını formalaşdırır:

"Biz də İğdır Universiteti olaraq Qərbi Azərbaycan mədəniyyətinin, folklorunun və tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər cür akademik əməkdaşlığa və ortaq fəaliyyətə hazırıq. Birgə layihələrimiz, simpoziumlarımız və yetişdirəcəyimiz gənc alimlər bu müqəddəs yolun ən güclü işığı olacaq".

Oxşar xəbərlər

Ziyafət Əsgərov: Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana qarşı ərazi iddiası deyil
Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
Naxçıvanda III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir
Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər