AzMİ: Elektron cihazlarda vaxt fərqləri istifadəçilərdə çaşqınlıq yaradır
Azərbaycanda vaxt göstəricilərində uyğunsuzluqlar problem olaraq qalır.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) laboratoriya müdiri Şamxal Abbasov qurumda təşkil olunan təlim çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif elektron cihazlarda göstərilən vaxt arasında uyğunsuzluqların müşahidə olunması dəqiq vaxt ölçmələri sahəsində mövcud problemlərdən biri kimi qiymətləndirilir: "Televiziya ekranları, elektron saatlar və digər cihazlarda göstərilən vaxt bəzən faktiki vaxtla üst-üstə düşmür. Nəticədə müəyyən proqramların və ya yayımların elan olunan vaxtda başlamaması istifadəçilər arasında çaşqınlıq yaradır. Hazırda ən etibarlı vaxt mənbələrindən biri mobil telefonlardır. Telefonlar internet vasitəsilə beynəlxalq vaxt serverləri ilə mütəmadi əlaqə saxlayaraq saatlarını avtomatik sinxronlaşdırır və mümkün vaxt fərqlərini aradan qaldırır.
Ş. Abbasov qeyd edib ki, vaxt göstəricilərindəki uyğunsuzluqların aradan qaldırılması üçün ölkədə vaxt etalonlarının inkişaf etdirilməsi, dəqiq vaxt siqnallarının yayım imkanlarının genişləndirilməsi və dövlət qurumlarının bu sahədə vahid mənbədən istifadə etməsi istiqamətində işlər aparılır: "Dəqiq vaxt məlumatının təmin edilməsi rabitə, yayım, nəqliyyat və digər kritik infrastruktur sahələrinin etibarlı fəaliyyəti üçün vacib şərtlərdən biridir".
Oxşar xəbərlər
Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır
Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
Azərbaycanda kompüter istehsalı mayda 10 dəfə artıb
Xamis Seyranov: "Keyfiyyət infrastrukturu vahid siyasətlə idarə olunacaq"
Azərbaycanda Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
