Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində "Regional bağlılığın gücləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığına dair sərhədlərarası infrastruktur layihələri" mövzusunda sessiya keçirilib.
"APA-Economics" xəbər verir ki, sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin regional infrastrukturun inkişafında, özəl investisiyaların cəlb edilməsində və dayanıqlı iqtisadi artımın təmin olunmasında rolunu vurğulayıb. Azərbaycanın regional nəqliyyat və logistika əlaqələrinin inkişafı, dövlət-özəl tərəfdaşlığı sahəsində həyata keçirilən islahatlar və layihələr barədə məlumat verilib. Həmçinin İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın əhəmiyyəti qeyd olunub, nəqliyyat, bərpa olunan enerji, su təhlükəsizliyi və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırılıb.
Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının Bankçılıq Departamentinin müvəqqəti baş meneceri Mohammad Aşek Moyid və digərləri çıxışlarında dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin regional nəqliyyat, enerji və digər infrastruktur layihələrinin maliyyələşdirilməsi, özəl investisiyaların cəlb edilməsi, sərhədlərarası əlaqələrin gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar.
Müzakirələrdə regional bağlılığın gücləndirilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən infrastruktur layihələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Oxşar xəbərlər
Səməd Bəşirli: Sumqayıtda gündəlik 300 min kubmetr su istehsal edəcək zavod Azərbaycanın flaqman PPP layihəsidir
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
Eyüp Vural Aydın: Dünyada infrastruktur investisiyaları üzrə 49 trilyon dollarlıq maliyyə ehtiyacı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
