Ahmed Rostom: "Misir İslam maliyyəsi hesabına maliyyələşmə xərclərini azaltmağa nail olub"
Misir beynəlxalq sukuk bazarına çıxmaqla yalnız investorların böyük marağını cəlb etməyib, həm də borclanma xərclərini ənənəvi maliyyə alətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldıb.
"Report" xəbər verir ki, bunu Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom Bakıda təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, ölkə 5 milyard ABŞ dolları həcmində beynəlxalq suveren sukuk proqramı çərçivəsində 1,5 milyard dollar məbləğində, 3 il müddətinə sukuk emissiyası həyata keçirib.
"Bu emissiyaya tələb təklif olunan həcmdən təxminən 4 dəfə çox oldu. Bundan əlavə, maliyyələşmənin dəyəri ənənəvi borclanma alətləri ilə müqayisədə təxminən 70 baza bəndi aşağı oldu. Bu, bizim üçün mühüm uğur hekayəsinə çevrildi", - o qeyd edib.
A.Rostom bildirib ki, əldə olunan nəticələr Misirin gələcəkdə də sukuk bazarının imkanlarından daha geniş istifadə etməsini prioritet istiqamətlərdən birinə çevirib.
Onun sözlərinə görə, hökumət yalnız beynəlxalq bazarla kifayətlənməyərək, ölkədaxili tələbatı nəzərə alaraq daxili sukuk emissiyası proqramının hazırlanması üzərində də işləyir: "Bu proses özəl sektoru da korporativ sukuklar vasitəsilə maliyyələşmə imkanlarından yararlanmağa təşviq edib".
Nazir vurğulayıb ki, uğurun əsas səbəblərindən biri sukuk alətlərinin və İslam maliyyəsinin ölkənin maliyyə sisteminə inteqrasiyası olub. Bununla yanaşı, şəriət prinsiplərinə uyğun maliyyə məhsulları üçün tənzimləyici çərçivənin formalaşdırılması və standartlaşdırma istiqamətində atılan addımlar da mühüm rol oynayıb.
"İnvestorlara hökumətin gələcək planları və prioritetləri barədə aydın baxış təqdim olunub ki, bu da bazarın proqnozlaşdırıla bilməsini artırıb. Eyni zamanda, makroiqtisadi göstəricilər və iqtisadi nəticələr investor etimadının güclənməsinə töhfə verib. Cari maliyyə ilinin ilk üç rübündə iqtisadi artım 5,1 % təşkil edib", - deyə A.Rostom əlavə edib.
Qeydə edək, Misirdə maliyyə ili hər ilin iyulun 1-də başlayır və növbəti ilin iyunun 30-da başa çatır.
Oxşar xəbərlər
Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"
Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Malayziya rəsmisi: "Sukuk dünya iqtisadiyyatı üçün uzunmüddətli maliyyələşdirmə vasitəsi olub"
BFB: Sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazası olmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
