Azərbaycanda fermerlər günəş panellərini lizinq yolu ilə güzəştlə ala biləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda fermerlər günəş panellərini lizinq yolu ilə güzəştlə ala biləcək


Azərbaycanda kənd təsərrüfatında istifadə olunan günəş panellərinin lizinq yolu ilə əldə edilməsinə və güzəşt tətbiqinə başlanılacaq.

"Sizinxeber.az"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Nazir qeyd edib ki, yeni Dövlət Proqramı çərçivəsində fermerlərin alternativ enerji mənbələrindən istifadəsinin genişləndirilməsi nəzərdə tutulur: "Yeni Dövlət Proqramında günəş panellərinin lizinqə verilməsi və dövlət güzəştlərinin tətbiqi nəzərdə tutulub. Proqramın icra mexanizmləri təsdiqləndikdən sonra fermerlər bu dəstəkdən yararlana biləcəklər. Bu mexanizm xüsusilə subartezian quyularının enerji təminatında xərclərin azaldılmasına kömək edəcək. Proqramın müvafiq qaydalarının bu ilin sonunadək tamamlanması gözlənilir".

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Məcnun Məmmədov: "Aqrar elmi tədqiqatlar istehsalın real ehtiyaclarına yönəldiləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər