Rafiq Aslanov: "Qarabağ və Şərqi Zəngəzurda yeni su mənbələri və magistral kanallar formalaşdırılır"
Qarabağ və Şərqi Zəngəzurda formalaşan 2 milyard kubmetrdən çox su ehtiyatı hazırda Azərbaycanın ümumi dövlət su balansına daxil edilib.
"Sizinxeber.az"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kənd təsərrüfatı sahəsində məhsuldarlığın yüksəldilməsi və yeni əkin sahələrinin istifadəyə verilməsi məqsədilə müasir suvarma sistemlərinin qurulması başlıca prioritetlər sırasındadır.
"İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatına aid çoxsaylı layihələr reallaşdırılır. Bir neçə obyektin tikintisi və təmir-bərpa işləri artıq yekunlaşıb, qalan layihələr üzrə isə tikinti və layihələndirmə prosesləri davam etdirilir. İntensiv kənd təsərrüfatının genişləndirilməsi üçün ilk növbədə etibarlı su mənbələrinin formalaşdırılması zəruridir. Bu məqsədlə yeni su mənbələri yaradılır, magistral kanallar qapalı sistem prinsipi ilə inşa olunur. Bu yanaşma isə təzyiqli qapalı kəmərlər vasitəsilə suyun əkin sahələrinə nəql edilməsinə və intensiv suvarma texnologiyalarının genişmiqyasda tətbiqinə şərait yaradacaq", - deyə R. Aslanov vurğulayıb.
Onun fikrincə, dövlət proqramı və tədbirlər planında nəzərdə tutulmuş su təsərrüfatı layihələrinin icra edilməsi aqrar sektorun inkişafı üçün ciddi əsas formalaşdıracaq:
"Əminik ki, 2030-cu ilədək reallaşdırılacaq yeni layihələr, yaradılacaq əlavə su mənbələri və müasir suvarma infrastrukturu dövlət proqramının məqsədlərinə vaxtında çatmağa mühüm töhfə verəcək".
Oxşar xəbərlər
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Rafiq Aslanov: "Qarabağda su infrastrukturunun bərpası üzrə layihələr hazırlanır"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
