Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.
APA-nın yerli bürosunun xəbərinə görə, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə (17 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə (42 nəfər) köçürülüb.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO - YENİLƏNİB
Keçmiş məcburi köçkün: Yurduma qayıtmağıma çox sevinirəm
Xanoba kəndinə qayıdan keçmiş məcburi köçkün: Yurduma dönüşümə çox sevinirəm
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - YENİLƏNİB - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
