Fermer: "Aqrar sektorda hüquqi bazanın təkmilləşdirilməsində təkliflərimiz nəzərə alınmalıdır"
Aqrar sektorda hüquqi bazanın təkmilləşdirilməsi prosesində fermerlərin təkliflərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.
"Sizinxeber.az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həmin rayondan olan fermer Ziyəddin Səftərov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirin yekunlarını şərh edərkən bildirib.
"Ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyi qarşısında 3 ay müddətində hüquqi bazanı təkmilləşdirməsi sahəsində tapşırıq verib. Hüquqi bazanı təkmilləşdirməsi sahəsində fermerlərlə də əlaqə saxlanılsa, onların təkliflərini də ora əlavə edilsə, daha yaxşı olar. Çünki gün emalla bağlı bir sıra çağırışlar mövcuddur. Bu həm pambıqçılıq, həm taxılçılıq, həm də çəltikçilik sahəsində özünü göstərir. Məsələn, çəltik Ağdaşın, əsas strateji məhsullarından biridir. Ancaq çəltik sahəsinin emalı olunmasında, yəni onun düyü kimi istehsal olunmasında və eyni zamanda gələcəkdə onun qablaşdırılmasında, satılmasında müəyyən problemlər yaşanmaqdadır. Eyni çağırışlar yunun və dərinin emalında da qarşımızda durur", - deyə o bildirib.
Fermer hesab edir, Dövlət Proqramının gəbulu bu cür çağırışlardan doğuraraq eyni zamanda onların qısa yaxın perspektivdə köklü həllini hədəfləyir: "Biz fermerlər çalışacağıq ki, qarşıda duran hədəflərə nail olmaq üçün məhsuldarlığı artıraq və kənd təsərrüfatının intensiv inkişafına nail olmaq üçün öz əlimizdən gələni edək. Konkret olaraq öz təsərrüfatım haqqında deyə bilərəm ki, taxıl sahələrinin intensiv, yəni taxıl sahəsini genişləndirmək yox, sahənin saxlanılması, məhsuldarlığın artırılması hesabına, orta məhsuldarlığın 30-35 sentnerdən 50 sentnerə qaldırılması üçün öz imkanlarımızdan istifadə edəcəyik. Dövlətin dəstəyini də bu sahədə cəlb edəcəyik. Bu, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda strateji məhsul olan buğda istehsalının artması və ölkədə buğda təminatının daha yüksək səviyyəyə qaldırılmasına öz köməkliyini göstərmiş olacaq".
Oxşar xəbərlər
Ağdaşdakı fermer təsərrüfatı 10 milyon manat investisiya yatırmağı planlaşdırır
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb
