KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
sizinxeber.az xəbər saytı

KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür


Ukrayna hakimiyyəti Rusiya qoşunlarının yaxınlaşması fonunda Kramatorsk şəhərindəki metallurgiya və dəzgahqayırma müəssisələrini ölkənin qərb bölgələrinə köçürür.

Bu barədə "The Economist" jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, müəssisələr Zakarpatye vilayətinin Ujqorod rayonunda yerləşən Pereçin şəhərinə daşınır.

“Yeni Kramatorsk” adlanan layihə çərçivəsində hazırlıq işlərinə hələ 2022-ci ilin əvvəlində başlanılıb və Rusiya qüvvələrinin irəliləməsi ilə proses sürətlənib.

Jurnal qeyd edir ki, artıq 3,5 min işçi ölkənin qərb bölgələrinə köçürülüb.

Oxşar xəbərlər

Rusiya Ukraynanın Zakarpatye vilayətinə zərbə endirib
Rusiya Ukrayna bölgələrinə kütləvi dron hücumları həyata keçirir
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Kiyev dron hücumuna məruz qalıb
Sırski: Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər