Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"


Azərbaycan dövləti kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırmaq məqsədilə logistika xərclərinin əhəmiyyətli hissəsini maliyyələşdirəcək.

"Report"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Nazirin sözlərinə görə, ixrac zamanı yerli yük avtomobilləri ilə daşınan məhsullar üzrə logistika xərclərinin 70 %-i dövlət tərəfindən qarşılanacaq: "Xarici yük avtomobillərindən istifadə edilən daşımalar üzrə isə logistika xərclərinin 50 %-i dövlət tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda aqrar sahədə investisiyaların artırılması məqsədilə sahəvi kreditlərin faizlərinin subsidiyalaşdırılması mexanizmi də tətbiq olunacaq. Bu addımlar kənd təsərrüfatı məhsullarının satış bazarlarının genişlənməsinə, logistika xərclərinin azalmasına və ixrac potensialının güclənməsinə xidmət edəcək".

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər