Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib
sizinxeber.az xəbər saytı

Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib


Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 nömrəli məntəqədən gedir. Səsvermə nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli ("Milli-demokratik qütb") bülletenin olmaması olub. Seçki komissiyasının protokoluna əsasən, orada səsvermədə 809 nəfər iştirak edib.

Ən çox səsi "Vətəndaş müqaviləsi" toplayıb – 602. Müxalif "Ermənistan" və "Güclü Ermənistan" blokları müvafiq olaraq - 67 və 71 səs alıblar.

İyunun 11-də MSK növbədənkənar iclasında iki məntəqədə – İrəvanda və Sünikdə səsvermənin nəticələrini ləğv edib.

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunu təşkil etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda seçkilər iyunun 7-də keçirilib. Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyası səslərin 49,825 %-ni toplayıb.

Oxşar xəbərlər

Ermənistanda seçkiqabağı rüşvət verilməsi ilə bağlı daha üç nəfər saxlanılıb
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Ermənistan MSK müxalifətdən 555 məntəqədə səslərin yenidən sayılmasına dair müraciətlər alıb
Ermənistanda seçkiqabağı rüşvət işi ilə bağlı 14 nəfər saxlanılıb
Samvel Karapetyan Ermənistan vətəndaşlığından başqa bütün vətəndaşlıqlardan imtina edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər