Məcnun Məmmədov: "Aqrar elmi tədqiqatlar istehsalın real ehtiyaclarına yönəldiləcək"
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov: "Aqrar elmi tədqiqatlar istehsalın real ehtiyaclarına yönəldiləcək"


Azərbaycanda aqrar sahədə aparılan elmi tədqiqatların istehsalat və biznesin real tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

"Sizinxeber.az"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Nazirin sözlərinə görə, sovet dövründə formalaşmış aqrar elmi baza ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfə verib və onun nəticələri bu gün də hiss olunur: "Bununla belə, son illərdə aparılan elmi tədqiqatların əhəmiyyətli hissəsi özəl sektorun və istehsal sahələrinin ehtiyacları ilə kifayət qədər əlaqəli olmayıb. Nəticədə həmin tədqiqatların iqtisadiyyata təsiri gözlənilən səviyyədə görünməyib".

M.Məmmədov bildirib ki, qarşıdakı dövrdə aqrar elmi tədqiqatlar daha çox fermerlərin, sahibkarların və istehsalçıların ehtiyaclarına uyğun istiqamətləndiriləcək: "İstehsalatda qarşıya çıxan problemlər və yeni ideyalar üzrə birgə tədqiqatların aparılması həm məhsuldarlığın, həm də səmərəliliyin artırılmasına imkan verə bilər. Dünyada kənd təsərrüfatında uğur qazanan ölkələrin təcrübəsi göstərir ki, inkişafın əsas şərtlərindən biri elm və istehsalat arasında sıx əməkdaşlığın qurulmasıdır".

Nazir həmçinin fermerləri və sahibkarları aqrar sahədə yaradılmış rəqəmsal platformalardan daha fəal istifadə etməyə çağırıb.

Oxşar xəbərlər

Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Məcnun Məmmədov: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər