Türk dünyası yeni siyasi reallığa və Avrasiyada əməkdaşlıq platformasına çevrilir
sizinxeber.az xəbər saytı

Türk dünyası yeni siyasi reallığa və Avrasiyada əməkdaşlıq platformasına çevrilir


Xəzər dənizi Azərbaycan üçün ticarət vasitəsidir və ölkəni Mərkəzi Asiya ilə birləşdirir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, keçən il Azərbaycan region ölkələrinin yekdil dəstəyi və qərarı ilə Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilib:

"Mən bunu metaforik olaraq C5+1 adlandırıram. Mərkəzi Asiya və Azərbaycan tarixi, mədəni, dil dəyərlərini və normalarını bölüşür. Azərbaycan, həmçinin Qazaxıstan, Özbəkistan və regionun digər ölkələri ilə strateji müttəfiqdir. Türk Dövlətləri Təşkilatı ona başqa bir çərçivə təqdim edir. Gənc demoqrafiya, strateji enerji və vacib mineral ehtiyatları, güclü iqtisadiyyatı ilə Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir".

Oxşar xəbərlər

Hikmət Hacıyev: Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib
Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir
Alibek Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərin möhkəm qurulması üçün bütün şərait yaradılıb
Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin möhkəm qurulması üçün bütün şərait yaradılıb
Səfir: Qazaxıstanla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər