Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

"Report"un məlumatına görə, iyunun 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Oxşar xəbərlər

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Yasamal rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Xaçmazda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər