Kənd təsərrüfatı naziri arıçılar üçün lizinq imkanlarından danışıb
sizinxeber.az xəbər saytı

Kənd təsərrüfatı naziri arıçılar üçün lizinq imkanlarından danışıb


Kəlbəcər rayonunda Arıçılıq Mərkəzinin təsis edilməsi nəzərdə tutulur.

"Sizinxeber.az"un Zəngilan rayonuna ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirədə bildirib.

Nazirin sözlərinə görə, dövlət proqramında arıçılıq üzrə prioritet istiqamətlərdən birini elmi-tədqiqat işlərinin möhkəmləndirilməsi təşkil edir: "Proqram daxilində Kəlbəcərdə Arıçılıq Mərkəzinin formalaşdırılması planlaşdırılır. Bu mərkəzdə elmi araşdırmaların həyata keçirilməsi məqsədilə laboratoriyanın yaradılması, arı məhsullarının nümayiş etdirilməsi, bal süzümü prosesi və sair fəaliyyətlərin təşkili gözlənilir".

M.Məmmədov həmçinin qeyd edib ki, arıçılıqla məşğul olanlar lizinq mexanizmlərindən də faydalana bilərlər: "Arıçılıq sahəsində istifadə olunan avadanlıqların əldə edilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinin təklif etdiyi lizinq imkanlarından yararlanmaq mümkündür. Agentliyin siyahısına bal istehsalı və digər arıçılıq məhsullarının hazırlanmasında istifadə edilən müxtəlif texniki vasitələr daxil edilib", - deyə o vurğulayıb.

Nazir onu da əlavə edib ki, arıçıların istifadə etdiyi hər hansı avadanlıq hazırkı siyahıda mövcud olmadıqda, bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək olar: "Bu cür müraciətlər daxil olduqda, avadanlıqların qiymətləndirilməsi aparılaraq siyahıya əlavə olunması imkanları araşdırıla bilər".

Oxşar xəbərlər

Azərbaycanda fermerlər günəş panellərini lizinq yolu ilə güzəştlə ala biləcək
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Məcnun Məmmədov: "Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər