Report Media Məktəbinin 21-ci qrupu təlim proqramına qoşulub
"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 21-ci qrupu yeni təlim proqramına qoşulub.
"Report" xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, mediada çalışan hər bir jurnalist çətin vəziyyətə hazır olmalıdır:
"Bir agentlik olaraq xəbərlərin operativ qaydada geniş auditoriyaya ötürülməsinə çalışırıq. Azərbaycanda keçirilən COP29, WUF13 kimi beynəlxalq əhəmiyyətli tədbirlərdə "Report"un komandası xəbərlərin verilməsində öndə olub. Xəbər axınına davam gətirərək sutka boyu dayanmadan çalışmışıq. Report Media Məktəbindəki təlim kursuna qoşulan tələbələrin də xəbər istehsalı prosesini tam mənimsəyəcəklərinə ümid edirəm".
Görüşdə iştirak edən "Global Media Group"un İnsan Resursları üzrə departamentinin meneceri Yelena Quliyeva tələbələri təlim prosesinə ciddi yanaşmağa dəvət edib:
"Səhv etməkdən çəkinməyin. Vacib olanı təlim kursunu tam mənimsəmək, səhvləri aradan qaldırmaqdır. Təlimə vaxtı-vaxtında gəlmək, nizam-intizam qaydalarına riayət etmək isə sizə biliklərə daha dərindən yiyələnməyə imkan yaradacaq. Gələcəkdə sizi öz sıralarımızda görmək istərdik".
Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu tədris prosesi ilə bağlı fikirlərini bölüşüb:
"Qrupun əksəriyyəti jurnalistika fakültəsinin tələbələrindən ibarətdir. Yay qrupunda təlim prosesi daha rahat alınır. Tələbənin diqqəti digər işlərə yox, məhz praktik jurnalistikaya yönəlir. Bir neçə yeniliyi tətbiq etməyi düşünürük".
Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiyada tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edilir.
Oxşar xəbərlər
Report Media Məktəbinin 18-ci qrupu təlim proqramına qoşulub
Report Media Məktəbinin 19-cu qrupu təlim proqramına qoşulub
Report Media Məktəbində 20-ci qrupun təlim proqramı yekunlaşıb
MEDİA və “Euronews” jurnalistlər üçün təlimə başlayıb
"Media könüllüləri" proqramına yenidən qeydiyyat başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
