Məcnun Məmmədov: "Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq"
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində xidmətlərin daha əlçatan olması üçün bir neçə aqroservis mərkəzinin qurulması nəzərdə tutulur.
"Report"un Zəngilan rayonuna ezam olunmuş müxbiri məlumat verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, müvafiq dövlət qurumlarının vahid məkanda fəaliyyət göstərəcəyi altı nöqtə müəyyənləşdirilib:
"Seçilmiş məntəqələrdə, o cümlədən Xankəndi, Xocalı və Xocavənddə aqroservis xidmətlərinin təşkili nəzərdə tutulur. Bu mərkəzlər işə başladıqdan sonra fermerlər və sahibkarlar bütün lazımi xidmətlərdən bir məkanda faydalana biləcəklər".
M.Məmmədov həmçinin tingçilik və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlara da lazımi dəstəyin veriləcəyini vurğulayıb.
"Bu istiqamətdə əməkdaşlarımız sahibkarlarla birbaşa ünsiyyət quracaq, layihələrin reallaşdırılması və yaranan problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq məsləhət və yardımı təmin edəcəklər".
Nazir eyni zamanda su təchizatı ilə bağlı layihələrin də həyata keçirildiyini qeyd edib: "Bildiyim qədərilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bağçılıq və əkin sahələrinin su ilə təminatına yönəlmiş layihələr icra edir. Su infrastrukturunun tikintisi tamamlandıqdan sonra həmin ərazilərdə bağların salınması və müasir suvarma sistemlərinin quraşdırılması üçün daha geniş imkanlar əmələ gələcək".
Oxşar xəbərlər
Azərbaycanda fermerlər günəş panellərini lizinq yolu ilə güzəştlə ala biləcək
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Kənd təsərrüfatı naziri arıçılar üçün lizinq imkanlarından danışıb
Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb
