Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik
sizinxeber.az xəbər saytı

Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik


ABŞ Tehranda hakimiyyəti devirmək üçün İran xalqına silah göndərməyə cəhd göstərib, amma regional müttəfiqlər buna mane olub.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox”a müsahibəsində deyib.

O bildirib ki, ABŞ silahları kürdlərə çatdırıb, lakin kürdlər silahları iranlılara paylamaq əvəzinə özlərində saxlayıblar.

“Kürdlər bizi məyus etdi. Mən bunu xatırlayacağam”, - Tramp qeyd edib.

Tramp İrana bu gecə hücumun “daha böyük və daha güclü” olacağını vurğulayıb.

“Mən sadəcə quru qoşunları göndərmək istəmirəm, yoxsa biz günü sabah ora daxil ola bilərik. İstəsəm hərbçilərdən ibarət kiçik bir qrupu ora göndərərik və bütün ölkəni ələ keçirərik”, - Tramp əlavə edib.

Oxşar xəbərlər

Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
Tramp: İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək
Tramp: ABŞ-ın İranda quru əməliyyatı ehtimalını müzakirə belə etmək istəmirəm
Tramp: Həm Rusiya, həm də Ukraynadan məyusam
Tramp: Fordo artıq yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər