Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin Azərbaycan İctimai Televiziyasının Yutub platformasında yayımlanmaması azarkeşlərdə məyusluq yaradıb. Məyusluq yaradan nüanslardan biri də Dünya Çempionatının bütün oyunlarının Yutub üzərindən yayımlanmayacağı ilə bağlıdır.
Sizinxeber.Az xəbər verir ki, İcmai Televiziyanın mətbuat katibi Ələsgər Vəliyev Modern.az-a açıqlamasında Yutub üzərindən yalnız 15 oyunun yayımlanmasının FIFA-nın lisenziya qaydaları ilə tənzimləndiyini və bu məhdudiyyətin televiziya kanalının qərarı olmadığını bildirib.
“İctimai Televiziya olaraq Yutub üzərindən 15 oyunu yayımlamaq hüququmuz var. Bu, FIFA-nın lisenziya qaydalarından irəli gəlir. Məhdudiyyəti biz tətbiq etmirik. Beynəlxalq hüquq və lisenziya tələbləri belədir. Digər ölkələrdə necə tətbiq olunursa, Azərbaycanda da eyni qaydalar qüvvədədir”, - deyə o qeyd edib.
Ə.Vəliyev yayımlarla bağlı hər hansı maliyyə probleminin olmadığını da vurğulayıb.
Onun sözlərinə görə, turnirin bütün oyunları tamaşaçılara canlı təqdim olunacaq:
“Dünya Çempionatında ümumilikdə 104 oyun keçiriləcək. Onlardan 92-si İctimai Televiziya tərəfindən canlı yayımlanacaq. Qalan 12 qarşılaşma isə eyni vaxtda keçirildiyinə görə, İTV tərəfindən elə bir şərait yaradılıb ki, həmin oyunları CBC Sport kanalı nümayiş etdirsin. Beləliklə, bütün 104 oyun tamaşaçılara canlı şəkildə təqdim olunacaq”.
Mətbuat katibi əlavə edib ki, azarkeşlər qarşılaşmaları təkcə televiziya vasitəsilə deyil, rəqəmsal platformalardan da izləyə biləcəklər.
“Eyni zamanda İTV.az saytında bütün oyunlar canlı yayımlanacaq”, - deyə Ələsgər Vəliyev bildirib.
Oxşar xəbərlər
FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib
La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb
FİFA İrana dünya çempionatında iştirak üçün zəmanət vermək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
