BOK prezidenti Kirsti Koventri ilə Bakı səfəri və əməkdaşlıq imkanları müzakirə olunacaq
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti Kirsti Koventri ilə Bakı səfəri və əməkdaşlıq imkanları müzakirə olunacaq.
"Report" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, Kirsti Koventri bu ay Bakıya gəlməli idi:
"Bildiyiniz kimi, "SportAccord" Azərbaycanda keçirilməli idi və həmin tədbirdə onun da iştirakı planlaşdırılırdı. Lakin Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar tədbir gələn ilə təxirə salındı. Ona görə də Kirsti Koventri 2027-ci ildə il mütləq Bakıya gələcək və həmin tədbirlərdə iştirak edəcək. Bununla yanaşı, yaxın zamanda onunla görüşümüz də planlaşdırılır. İyunun 11-də Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək. Biz orada görüşərək bütün məsələləri müzakirə edəcəyik".
Qeyd edək ki, Kirsti Koventri 2025-ci il martın 20-də BOK-un prezidenti seçilib.
Oxşar xəbərlər
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb
Çingiz Hüseynzadə: "Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi"
Çingiz Hüseynzadə: "Dünya çempionatında Portuqaliya və Niderlanda azarkeşlik edəcəyəm"
Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
