“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
sizinxeber.az xəbər saytı

“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib


“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib.

APA xəbər verir ki, tədbirdə dövlət qurumlarının, elmi ictimaiyyətin və aqrar sahədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak ediblər.

QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıqlar aqrar sahədə yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, hazırlanacaq yeni Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və yerli istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov qeyd edib ki, kənd təsərrüfatı ÜDM-də 5,9 faiz paya malik olsa da, məşğulluq və ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. O bildirib ki, 2030-cu ilədək sektorda yaradılan əlavə dəyərin ən azı 10,4 faiz, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının isə təxminən 34 faiz artacağı gözlənilir.

Professor Sahil Quliyev aqrar sahədə innovasiyaların, rəqəmsal həllərin və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin əhəmiyyətini vurğulayıb, elm, təhsil və fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli fermerlərin problemlərinin öyrənilməsi, təkliflərin aidiyyəti qurumlara çatdırılması və ictimai iştirakçılığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin aqrar sahə üzrə məlumatlılığın artırılması və ixtisaslaşmış QHT-lərin mövqelərinin mediada, xüsusilə radio kanallarında daha geniş işıqlandırılmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Deputat: Kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur
Rizvan Nəbiyev: "Azərbaycanda aqrar sahənin inkişafı üçün 5 milyard manat cəlb ediləcək"
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
Nazir müavini: COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafında əhəmiyyətli mərhələ oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər