Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir


Kəlbəcər rayonunun aqrar potensialının səmərəli istifadəsi regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Sizinxeber.az-nın Qrabağ bürosunun məlumatına görə, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

Xüsusi nümayəndə qeyd edib ki, kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər aqrar sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgədə yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.

Onun sözlərinə görə, mövcud Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına təkan verəcək.

Bəşir Hacıyev vurğulayıb ki, Kəlbəcərin zəngin təbii resursları və əlverişli ekoloji şəraiti bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır və gələcək mərhələdə bu potensialın daha səmərəli reallaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər