Yeni Zelandiyada 6 maqnitudada zəlzələ qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
07:30
ff aaaaaaa

Yeni Zelandiyada 6 maqnitudada zəlzələ qeydə alınıb

10 in, 2026
07:30
900

Yeni Zelandiyada 6 maqnitudada zəlzələ qeydə alınıb

Yeni Zelandiyanın cənubunda 6 maqnitudada zəlzələ qeydə alınıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Avstraliyanın Geologiya Xidməti xəbər verib.

Məlumata görə, zəlzələnin episentri Sakit Okeanın cənub hissəsindəki Oklend adaları yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hər hansı itki və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Oklend adaları Yeni Zelandiyanın ən cənub yaşayış məntəqəsi olan Stüart adasından təxminən 400 kilometr cənubda yerləşən yaşayış olmayan arxipelaqdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul