Ağdaşdakı fermer təsərrüfatı 10 milyon manat investisiya yatırmağı planlaşdırır
Azərbaycanda fermerlərin fəaliyyətinin genişləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aparılan davamlı dövlət dəstəyi aqrar sektorunun inkişafına böyük imkanlar yaradır.
"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həmin rayonda fəaliyyət göstərən "Türyançay" fermer təsərrüfatının direktoru Firdovsi Mahmudov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan diqqət və qayğı, fermerlərə verilən dəstək, subsidiyalar, güzəştli kreditlər bu kimi investisiyaların qoyulmasına təşviq edilməsi fermerlərdə böyük inam formalaşdırır: "Bugünkü müşavirə çox məhsuldar keçdi, hədəflərimiz böyükdür. Bu hədəflərdə, məsələn, heyvandarlıq sahəsində biz Almaniyadan əlavə 1 500 baş cins heyvan gətirməyi planlaşdırırıq. Bu da artıq bizim süd istehsalımızın illik iki dəfə artırılaraq 22 min tona çatmasına hədəf göstərir".
Sahibkar qeyd edib ki, eləcə də, müasir suvarma sistemləri olan pivot suvarma sistemlərinin 1 000 hektarda qurulmasını nəzərdə tutulur: "Təqribən 25 pivot 1000 hektarda, bu da məhsuldarlığın artmasına, taxıl, ərzaqlıq buğdanın məhsuldarlığının 55-60 sentnerə çatmasına hədəf göstərir. Özəl sektor olaraq, heyvandarlıq sahəsində 6 milyon manat, min hektar sahədə quracağımız pivot suvarma sistemlərinə 4 milyon manat, ümumilikdə 10 milyon manat investisiya qoymağı planlaşdırırıq".
Oxşar xəbərlər
Fermer: "Aqrar sektorda hüquqi bazanın təkmilləşdirilməsində təkliflərimiz nəzərə alınmalıdır"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Rəşad Hüseynov: "Dövlət Proqramının icrası üçün 5,9 milyard manat investisiyaya ehtiyac var"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb
