Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq
Azərbaycanda ilk dəfə olaraq bütün iribuynuzlu heyvanların identifikasiyası və elektron izləmə sistemi yaradılacaq.
"Report"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib
Onun sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində iribuynuzlu heyvandarlığın inkişafı əsas prioritet istiqamətlərdən biri olacaq: "İlk dəfə olaraq dövlət büdcəsi hesabına bütün iribuynuzlu heyvanların identifikasiyası aparılacaq və onların elektron izlənilməsi sistemi qurulacaq. Proqram çərçivəsində yeni süd və ət klasterlərinin yaradılması, damazlıq heyvanlarla təminatın genişləndirilməsi, süd və dəri toplama məntəqələrinin yaradılması, eləcə də yem istehsalı sahəsində texnologiyaların yenilənməsi nəzərdə tutulur".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda heyvandarlığa verilən subsidiyaların həcmi artırılacaq: "Ötən il kənd təsərrüfatı məhsulları istehsalının təxminən 50 %-i heyvandarlığın payına düşsə də, sahəyə ayrılan birbaşa subsidiyaların həcmi cəmi 6 % təşkil edib. Yeni Dövlət Proqramında bu nisbətin dəyişdirilməsi nəzərdə tutulur. Heyvandarlıq sektoruna yönələn subsidiya və dəstək mexanizmləri genişləndiriləcək. Emala təhvil verilən süd üçün xüsusi subsidiyaların tətbiqi, damazlıq heyvanların alınmasına dəstək, yeni cins heyvanlar üçün təşviq mexanizmləri və avadanlıq subsidiyalarının verilməsi planlaşdırılır. Heyvandarlıq qarşıdakı illərdə dövlət dəstəyinin ən çox yönələcəyi sahələrdən biri olacaq".
Oxşar xəbərlər
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
"Kürdəmir Aqro": Gələcəkdə ölkədə cins heyvanların satışını həyata keçirəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
