Həbib Ağayev: "Avropa çempionatının 1-ci mərhələsindəki hər oyuna məsuliyyətlə yanaşacağıq"
sizinxeber.az xəbər saytı

Həbib Ağayev: "Avropa çempionatının 1-ci mərhələsindəki hər oyuna məsuliyyətlə yanaşacağıq"


Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatında A Liqasına yüksəlməyi hədəfləyib.

Bunu "Sizinxeber.az"a açıqlamasında komandanın baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis qrupdakı rəqiblərin güclü tərəflərini qeyd edib:

"B Liqasının 3-cü qrupunda güclü rəqiblərlə qarşılaşacağıq. Serbiya, Şimali Makedoniya və Monteneqro aşağı yaş qruplarında yaxşı nəticələri və keyfiyyətli futbol məktəbləri ilə seçilir. Buna görə də bizi asan oyunlar gözləmir. Rəqiblərin oyun üslubu və potensialı ilə bağlı ilkin təhlillər aparılır. Hər komandanın özünəməxsus üstün cəhətləri var və hazırlıq prosesində bunları nəzərə alacağıq".

O, komandanın əsas hədəfini və hazırlıq planını açıqlayıb:

"Əsas diqqəti öz oyunumuzun inkişafına yönəldirik. Əlbəttə, hər bir milli komanda kimi, bizim də məqsədimiz mümkün olan ən yüksək nəticəni əldə etməkdir. A Liqasına yüksəlmək uğrunda mübarizə aparmaq istəyirik. Lakin bunun üçün mərhələ-mərhələ irəliləməli və hər oyuna maksimum məsuliyyətlə yanaşmalıyıq. Təlim-məşq toplanışları və yoxlama oyunları vasitəsilə komandanın hazırlığını davam etdirəcəyik. Məqsəd oyun modelini daha da təkmilləşdirmək, futbolçuların beynəlxalq təcrübəsini artırmaq və rəsmi matçlara ən yaxşı şəkildə hazırlaşmaqdır".

Qeyd edək ki, H.Ağayevin rəhbərlik etdiyi kollektiv 2026/2027 mövsümü üzrə Avropa çempionatının I mərhələsində B Liqasının 3-cü qrupunda Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının ikinci mərhələsində bizi ciddi rəqiblər gözləyir”
Həbib Ağayev: "Avropa çempionatının seçmə mərhələsində çox çətin qrupa düşmüşük"
Siyasət Əsgərov: "Məqsədimiz dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır"
Həbib Ağayev: "Səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik"
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər