Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik


Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa işləri tarixi ədalətin bərpasıdır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, bu əraziləri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirlər: “Kəlbəcərdə hazırda geniş bərpa və yenidənqurma işləri aparılır. Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazi idi. Kəlbəcərdə 2020-ci ildən 2026-cı ilə qədər 22 200 461 hektar ərazi minalardan təmizlənib. 2020-2026-cı ilə qədər Kəlbəcərdə bir neçə dəfə mina partlayışı baş verib, insanlar müxtəlif dərəcədə zədələr alıb. Bu səbəbdən Kəlbəcərdə həyata keçirilən yenidənqurma və tikinti proseslərinin ilkin mərhələsində ilk və ən vacib addım kimi mina təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işləri aparılıb.

Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin tikintisi, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”.

Oxşar xəbərlər

İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
Prezidentin xüsusi nümayəndəsi: Laçınla Kəlbəcər yenidən qurulur, yeni yaşayış məhəllələri salınır
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb - YENİLƏNİB
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub
Kəlbəcərdə 3 tondan çox çətənə bitkisi məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər