WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
sizinxeber.az xəbər saytı

WUF14 2028-ci ildə Mexikoda keçiriləcək



Dünya Şəhərsalma Forumunun (WUF) 14-cü sessiyası 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.


"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Mexiko Şəhər Hökumətinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Mariya del Rosio Lombrera Qonsales bildirib.


Onun sözlərinə görə, Bakıda keçirilən forum yerli və regional hökumətlərin mənzil, iqlim və şəhərsalma ilə bağlı təcrübələrinin paylaşılması üçün mühüm platformadır.


M. Qonsales qeyd edib ki, şəhərlər qlobal problemlərin təsirlərinin birbaşa hiss olunduğu əsas məkanlardır və buna görə də yerli hökumətlər bu çağırışların həllində aparıcı rol oynayırlar.


O bildirib ki, mənzil təkcə yaşayış yeri deyil, həm də sosial, iqtisadi və ekoloji inkişafın mərkəzi elementidir.


Onun sözlərinə görə, əlçatan mənzil siyasəti məşğulluq, nəqliyyat, iqlim dayanıqlılığı və sosial inklüzivliklə uzlaşdırılmalıdır.


M. Qonsales vurğulayıb ki, WUF13-də səslənən ideyalar və tövsiyələr 2028-ci ildə Mexiko şəhərində keçiriləcək WUF14 üçün mühüm əsas rolunu oynayacaq.

Oxşar xəbərlər

İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
EBRD: Şəhərlər mənzil tələbatını qarşılamaq üçün investisiya risklərini azaltmalıdır
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər