Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin təminində ən etibarlı aktor kimi Türkiyənin adı çəkilir
sizinxeber.az xəbər saytı

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin təminində ən etibarlı aktor kimi Türkiyənin adı çəkilir


Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında ən etibarlı aktor kimi həmişə Türkiyənin adı çəkilir.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Balıkesir şəhərində hərbçilərlə görüşündə deyib. 

O bildirib ki, Türkiyə, həmçinin Afrikada, Qara dəniz regionunda, Yaxın Şərqdə, hətta Avropada da sabitliyin təmin olunmasında mühüm oyunçudur. 

Bundan başqa, Y.Gülər Türkiyənin beynəlxalq təhlükəsizlik, sülh və sabitlik üçün bir çox dost və qardaş ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

Yaşar Gülər: Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir
Türkiyənin milli müdafiə naziri: Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər