Ankarada 400-dən çox lisey şagirdi Türk dünyasının aktual problemlərini müzakirə edir
Ankarada Hacı Bayram Vəli Universitetinin ev sahibliyi ilə Türk Dövlətləri Assambleyası Simulyasiya (TÜRKAS) seminarı keçirilir. Tədbirə qatılan 400-dən çox lisey şagirdi Türk dünyasının aktual problemlərini müzakirə edir.
"Sizinxeber.az"un yerli bürosunun xəbərinə görə, seminar Hacı Bayram Vəli Universitetinin Dil Tədrisi, Tədqiqat və Tətbiq Mərkəzi, Türkologiya və Türk Dünyası Araşdırma Mərkəzləri, Yunus Emre İnstitutu və Həsən Əli Yücel Sosial Elmlər Liseyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Tədbirə Türkiyənin müxtəlif sahələrindən olan akademiklər və lisey rəhbərləri, təxminən, 400 lisey şagirdi, o cümlədən ictimaiyyət nümayəndələri və başqaları qatılıblar.
TÜRKAS 2026-nın açılış mərasimində Hacı Bayram Vəli Universitetinin prorektoru, professor Dr. Metin Orbay, Yunus Emre İnstitutunun vitse-prezidenti Ömər Yıldız, Azərbaycanın Türkiyədəki səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Samir Abbasov və müxtəlif fakültə dekanları iştirak ediblər.
Lisey şagirdləri TÜRKAS 2026 çərçivəsində Türk dünyasının aktual problemlərini həll edən, fərqli perspektivləri qiymətləndirən və həll yolları hazırlayan 10 fərqli komissiyada çalışırlar.
Seminarın açılış mərasimində TÜRKAS-la bağlı film nümayiş olunub, "Dombra" tamaşası, Krım tatarlarının milli rəqsi "Tım Tım" şousu və "Seymen" rəqsi maraqla izlənilib.
Üç gün davam edəcək tədbirə Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl da qatılıb.
Qeyd edək ki, ilk dəfə ötən il keçirilən, lisey səviyyəsində aparıcı beynəlxalq münasibətlər və diplomatiya simulyasiyalarından birinə çevrilən TÜRKAS gəncləri bir daha Türk dünyasının ortaq gələcəyi ilə bağlı vacib mövzular ətrafında bir araya gətirir.
Oxşar xəbərlər
Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
Həsən Həsənov Ərdəhan Universitetinin fəxri doktoru olub
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib
Bu il 3600-dən çox şagird lisey və gimnaziyalara qəbul olub
Ankarada TDT mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
