Türkiyənin milli müdafiə naziri: Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir
Türkiyə daim Azərbaycanın yanındadır.
“Report"un Ankara bürosu xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir “İki dövlət, tək millət” anlayışını xatırladaraq deyib ki, hər iki qardaş ölkə tarix boynca sevinc və kədərlərini birlikdə yaşayıb, çətin zamanlarda bir-birilərinə dəstək olub:
“Türkiyə və Azərbaycan arasında başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə iş birliyi və həmrəylik var. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Y.Gülər vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir.
Oxşar xəbərlər
Yaşar Gülər: Azərbaycanla Ermənistan arasında daimi sülh istiqamətində tarixi bir fürsət qapısı açılıb
Yaşar Gülər: Böyük zəfər Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa ən gözəl cavab oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
