Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
sizinxeber.az xəbər saytı

Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib


Cənubi Koreya dünyada ən sürətlə inkişaf edən silah ixracatçılarından birinə çevrilib.
Sizinxeber.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında əksini tapıb.
Bu, silahlara tələbat yaradan iri münaqişələrin davam etdiyi, həmçinin Donald Tramp administrasiyasının NATO ölkələri qarşısında təhlükəsizlik öhdəliklərini azaltmaq niyyətini bəyan etdiyi dövrə təsadüf edir. Artıq Cənubi Koreya NATO üzvü olan Avropa ölkələrinə silah tədarükünün həcminə görə ABŞ-dan sonra ikinci yeri tutur. Koreya silahlarının alınmasına xüsusi maraq göstərən ölkələrdən biri Polşadır. Bu ölkə 2022-ci ildə Koreya Respublikası ilə 13,7 milyard dollar dəyərində müqavilə bağlayaraq K2 tankları, raket sistemləri, artilleriya qurğuları və digər hərbi texnikalar satın alıb.
Ölkələrin Koreya Respublikasını silah təchizatçısı kimi seçməsinin əsas səbəblərindən biri Seulun sürətli istehsal imkanlarıdır. Bu imkanlar Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında uzun illər davam edən qarşıdurma nəticəsində formalaşıb. Cənubi Koreyada müdafiə sənayesi şirkətləri ölkənin ehtiyaclarını qısa müddətdə qarşılamaq üçün daim yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərirlər.
Koreya silahlarının nisbətən əlçatan olması da bu ölkəyə marağı artıran amillərdən biridir.
Proqnozlara əsasən, 2026-cı ildə Cənubi Koreyada dörd ən böyük müdafiə sənayesi şirkətinin – “Hanwha Group”, “Hyundai Rotem”, “LIG Nex1” və “Korea Aerospace Industries”-in ümumi gəliri təxminən 37 milyard dollar təşkil edəcək. Bu göstərici 2021-ci illə müqayisədə təxminən dörd dəfə çoxdur.

Oxşar xəbərlər

Şimali Koreya Şərq dənizinə ballistik raket atıb
Şimali Koreya Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yollarını bağlayacaq
Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı müzakirələr aparacaq
Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi ilə bağlı NATO və Aİ-nı məlumatlandıracaq
Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər