Seneqal millisinin dünya çempionatında təşkilati və maliyyə problemləri üzə çıxıb
sizinxeber.az xəbər saytı

Seneqal millisinin dünya çempionatında təşkilati və maliyyə problemləri üzə çıxıb


Futbol üzrə Seneqal millisi dünya çempionatı zamanı ciddi təşkilati və maliyyə çətinlikləri ilə üzləşir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Sport News Africa" nəşri məlumat yayıb.

Oyunçulara DÇ-2026-ya vəsiqə qazanmalarına və Afrika Millətlər Kubokunda çıxışlarına görə nəzərdə tutulan mükafat məbləğləri indiyədək ödənilməyib. Onlar həmçinin ABŞ-dəki yaşayış və qida şəraitindən narazıdırlar. Çünki qaldıqları otel millinin standartlarına cavab vermir.

Baş məşqçi Pap Tyav isə yenilənmiş müqavilə olmadan komanda ilə işləməyə davam edir. O, təxminən beş aydır ki, maaşını almır.

Xatırladaq ki, Seneqal mundialın ilk turunda Fransaya 1:3 hesabı ilə uduzub. Komanda II turda, iyunun 23-də Norveçlə üz-üzə gələcək. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

DÇ-2026: Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq
Seneqal millisinin baş məşqçisi postundan ayrılıb
DÇ-2026: Fransa - Seneqal oyununda ilk hissə bitib - YENİLƏNİR
ABŞ millisinin dünya çempionatlarındakı 96 illik rekordu təkrarlanıb
Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən bəstəboy futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər